
Bakı.Trend:
Bolqarıstan Prezidenti Rumen Radev bildirib ki, ölkəsi artıq
Ukraynaya hərbi və maliyyə dəstəyinin davam etdirilməsini müdafiə
edən dövlətlərin birliyi olan “Könüllülər Koalisiyası”nda iştirak
etməyəcək.
Radevin sözlərinə görə, Sofiya Kiyevə hərbi yardımın daha da
artırılması kursunu dəstəkləmir və hesab edir ki, münaqişə məhz
diplomatik yolla nizamlanmalıdır.
“Biz Ukraynaya maliyyə və hərbi yardımın davam etdirilməsində
israr edən koalisiyada iştirak etmirik. Bu münaqişənin həlli yolu
onun hərbi vasitələrlə uzadılmasında deyil, eskalasiyaya son
qoyacaq güclü diplomatik missiyanın həyata keçirilməsindədir”, –
deyə Bolqarıstan Prezidenti jurnalistlərə bildirib.
“Reuters” agentliyinin məlumatına görə, “Könüllülər
Koalisiyası”nın əvvəlki görüşlərində iştirak edən Bolqarıstan
birliyin Parisdə keçirilən son iclasında təmsil olunmayıb.

