Tramp Konqresə müraciət etdi: İranla müharibə vəziyyətindəyik

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp Konqresi İranla hərbi qarşıdurmanın yenidən başladığı barədə rəsmi şəkildə məlumatlandırıb.

Modern.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

Bildirilib ki, Trampın Konqresə göndərdiyi bildiriş ABŞ administrasiyasına daha 60 gün ərzində qanunverici orqanın əlavə təsdiqi olmadan Yaxın Şərqdə hərbi gücdən istifadə etmək imkanı verir.

Sənəddə qeyd olunur ki, ABŞ-ın 7 iyul tarixindən etibarən İrana qarşı həyata keçirdiyi zərbələr İran tərəfinin hücumlarına cavab xarakteri daşıyır.

Donald Tramp bildirib ki, həyata keçirilən hərbi əməliyyatlar onun ABŞ vətəndaşlarını və ölkənin maraqlarını həm ölkə daxilində, həm də xaricdə qorumaq öhdəliyinə uyğundur.