Ərdoğan Qazaxıstana yollanır

Baş səhifə

Bakı.Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Qazaxıstana rəsmi
səfər edəcək. Türkiyə lideri burada ölkə rəhbərliyi ilə danışıqlar
aparacaq və Türk Dövlətləri Təşkilatının (TDT) zirvə toplantısında
iştirak edəcək.

Trend xəbər verir
ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Astanada Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə
görüşəcək, daha sonra liderlər Türkiyə–Qazaxıstan Ali Strateji
Əməkdaşlıq Şurasının iclasını keçirəcəklər.




Tərəflərin genişləndirilmiş strateji tərəfdaşlıq formatında
ikitərəfli münasibətlərin gücləndirilməsini, eləcə də enerji
layihələri də daxil olmaqla iqtisadi əməkdaşlığı müzakirə edəcəyi
gözlənilir. Xüsusi diqqət ölkələr arasında ticarət dövriyyəsinin 15
milyard dollara çatdırılması hədəfinə yönəldiləcək.

Danışıqların yekununda bir sıra sazişlərin imzalanması və
liderlərin işgüzar dairələrin nümayəndələri ilə biznes forumda
iştirakı planlaşdırılır.