Azərbaycanın elektrik enerjisi ixracından əldə etdiyi gəlir məlum olub

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycanın elektrik enerjisi
ixracından əldə etdiyi gəlir məlum olub.

Trend-in
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı
hesablamalara görə, hesabat dövründə Azərbaycan 271,2 milyon
kilovat-saat elektrik enerjisi ixrac edib. Elektrik enerjisinin
ixracından əldə olunan gəlir 14,368 milyon ABŞ dolları təşkil
edib.

Qurumun məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə
elektrik enerjisinin ixracı həcm ifadəsində 408,6 milyon
kilovat-saat (60,1 faiz), dəyər ifadəsində isə 24,189 milyon ABŞ
dolları (62,7 faiz) azalıb.

Hesabat dövründə elektrik enerjisi ixracının qeyri-neft sektoru
ixracındakı payı 0,76 faiz təşkil edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari
ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi
24,661 milyard ABŞ dolları təşkil edib.




Hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 261 milyon ABŞ dolları və ya 1,1 faiz çoxdur.

Ümumi xarici ticarət dövriyyəsinin 16,32 milyard ABŞ dolları
ixracın, 8,341 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Qurumun məlumatına görə, cari ilin yanvar-iyun aylarında ixracın
həcmi 3,442 milyard ABŞ dolları (26,7 faiz) artdığı halda, idxalın
həcmi 3,181 milyard ABŞ dolları (27,6 faiz) azalıb.

Nəticədə xarici ticarətdə 7,979 milyard ABŞ dolları həcmində
müsbət saldo formalaşıb. Trend-in hesablamalarına görə, bu
göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə və ya 6,623
milyard ABŞ dolları çoxdur.