Rahil Məmmədov Azərbaycan millisinin heyətindən çıxarılıb

Baş səhifə
Rahil Məmmədov Azərbaycan millisinin heyətindən çıxarılıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

“Report” AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanın futbolçusu Rahil Məmmədov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə keçiriləcək oyunöncəsi son məşqdə zədələndiyi üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, Polşanın Krakov şəhərində keçiriləcək Ukrayna – Azərbaycan matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.