
“İran maliyyə çöküşü ərəfəsindədir!”
Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə bildirib.
“Onlar ciddi pul çatışmazlığı ilə üzləşərkən Hörmüz boğazının dərhal açılmasını tələb edirlər! Onlar gündə 500 milyon dollar itirirlər. Hərbçilər və polis ödənilməyən əmək haqlarından şikayətlənir”, – deyə o qeyd edib.
Tramp bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanları və sahillərinə tətbiq etdiyi blokada davam edəcək.

