
Bakı. Trend:
Azərbaycanın bank tərəfindən təqdim olunan ilk müstəqil
investisiya tətbiqi Birbank Invest-in 2.0
versiyası istifadəyə verildi. Yenilənən platforma istifadəçilərə
yerli və qlobal kapital bazarında daha geniş investisiya imkanları,
təkmilləşdirilmiş interfeys və informativ qərarvermə üçün güclü
alətlər təqdim edir.
Azərbaycan kapital bazarına çıxış
Birbank Invest 2.0 ilə istifadəçilər artıq yerli şirkətlərin
səhm və istiqrazlarının ilkin (primary market) alışında iştirak edə
bilərlər. Tezliklə platformada ilk olaraq PAŞA Bank-ın
İlk Kütləvi Təklifi (IPO) təqdim olunacaq, beləliklə
istifadəçilər birbaşa PAŞA Bankın səhmdarı
olmaq şansı qazanacaqlar. Bu yenilik istifadəçilərə
mobil tətbiq vasitəsilə birbaşa IPO prosesinə qoşulmaq və yerli
kapital bazarında yaranan yeni investisiya imkanlarından
yararlanmaq imkanı yaradacaq.
ABŞ kapital bazarının informativ analizi
Birbank Invest 2.0-da əlavə olunan Şirkət haqqında
(Brief Company Info) bölməsi ABŞ bazarında səhmləri
satışa çıxarılan şirkətlər barədə əsas məlumatları: fəaliyyət
istiqaməti, qısa təsvir, bazar kapitalizasiyası, rəsmi veb-sayt,
birjada ticarətə başlama tarixi və digər vacib göstəriciləri
birbaşa tətbiq daxilində təqdim edir. Bu yenilik istifadəçilərə
əlavə axtarışlara vaxt sərf etmədən daha effektiv və rahat
investisiya qərarları qəbul etməyə imkan verir.
Təkmilləşdirilmiş istifadəçi təcrübəsi
Təqdim olunan yeni versiyada interfeys yenilənib, performans
artırılıb və Qaranlıq rejimi (Dark Mode)
əlavə olunub. Bu rejim xüsusilə gecə və ya zəif işıq şəraitində
tətbiqdən daha rahat istifadə etməyə, göz yorğunluğunu minimuma
endirməyə imkan yaradır.
Birbank Invest tətbiqini yükləmək üçün:
https://www.b-b.az/vHdRj4
2025-ci ilin iyun ayında müştərilərə təqdim olunan
Birbank Invest – Birbank brendinin ilk müstəqil
investisiya tətbiqidir. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə
əməkdaşlıq çərçivəsində yaradılan platforma istifadəçilərə yerli və
beynəlxalq maliyyə bazarlarına rahat və təhlükəsiz çıxış imkanı
yaradır.
Daha ətraflı məlumat üçün birbankinvest.az, saytına daxil ola,
onlayn çat və yaxud sosial media kanalları
vasitəsilə sorğu ünvanlaya və ya 196 Sorğu Mərkəzi
ilə əlaqə saxlaya bilərsiniz.

