İran enerji infrastrukturuna hücumlarla bağlı xəbərdarlıq edib

Baş səhifə

Bakı. Trend:

İranın enerji obyektlərinə hücum ediləcəyi təqdirdə, Yaxın
Şərqdəki ABŞ-la əlaqəli bütün neft və qaz infrastrukturunu məhv
edəcək.

Trend-in
məlumatına görə, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm
əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi bildirib.




“Təcavüzkar hökuməti və onun bütün müttəfiqlərini xəbərdar
edirik ki, İran İslam Respublikasının enerji infrastrukturuna və
limanlarına ən kiçik bir hücum sarsıdıcı və dağıdıcı cavabımıza
səbəb olacaq. Belə bir hücum baş verərsə, ABŞ və Qərb
müttəfiqlərinin maraqlandığı bölgədəki bütün neft və qaz
infrastrukturu yandırılacaq və məhv ediləcək”, – deyə
bildirilib.