“Real” və “Barselona” “Bavariya”nın müdafiəçisi ilə danışıqlar aparır

Baş səhifə
Real və Barselona Bavariyanın müdafiəçisi ilə danışıqlar aparır

İspaniyanın “Barselona” və “Real” klubları Almaniya təmsilçisi “Bavariya”nın futbolçusu Dayo Upamekano ilə aktiv danışıqlar aparırlar.

“Report” xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.

27 yaşlı müdafiəçinin Münhen təmsilçisi ilə müqaviləsinin müddəti yayda başa çatır.

Bundan əlavə, İngiltərənin “Liverpul”, “Çelsi” və “Tottenhem” klubları da oyunçu ilə maraqlanırlar.

Xatırladaq ki, Dayo Upamekano 2021-ci ildən “Bavariya”da çıxış edir.