Bakı. Trend:
Oğurluq hadisəsi ötən gün axşam Yaponiyanın digər yerləri kimi,
cinayətkarlıq səviyyəsinin aşağı olması ilə tanınan Tokioda baş
verib.
Trend-in məlumatına görə, bu barədə “NHK” televiziya kanalı
xəbər verib.
Məlumata əsasən, içində 420 milyon yen (təxminən 2,7 milyon
dollar) nağd pul olan üç çamadan oğurlanıb.
İstintaq prosesi zamanı bildirilib ki, işi nağd pul daşımaqla
bağlı olan beş Yaponiya və Çin vətəndaşı çamadanları maşına
yükləyirdilər. Elə bu zaman üç şəxs onlara yaxınlaşaraq göz
yaşartıcı qaza bənzər bir sprey vurub və içində pul olan
çamadanları oğurlayıblar.
Bu hadisədən qısa müddət sonra, hadisə yerindən bir qədər
aralıda naməlum şəxslər avtomobillə 50 yaşlı piyadanı vurublar,
piyada isə ağır xəsarət almayıb. Polis hadisələr arasında əlaqənin
müəyyən edilməsi də daxil olmaqla, araşdırma aparır.

