ABŞ Prezidenti Donald Tramp Kanadaya yeni ultimatum verib və bu ölkəni böyük tariflərlə hədələyib.
“Report” xəbər verir ki, bu barədə Amerika lideri özünün “Truth Social” sosial şəbəkəsində məlumat paylaşıb.
Tramp bununla bağlı Kanadada istehsal olunan bütün təyyarələr üçün sertifikatların ləğv olunduğunu elan edib.
“Kanadanın indiyə qədər istehsal olunmuş ən yaxşı və ən qabaqcıl təyyarələri arasında olan Gulfstream 500, 600, 700 və 800 təyyarələrini sertifikatlaşdırmaqdan haqsız, qanunsuz və sərt şəkildə imtina etməsinə əsaslanaraq, biz, illər əvvəl olmalı olduğu kimi, böyük bir Amerika şirkəti olan Gulfstream tam sertifikatlaşdırılana qədər Bombardier Global Express və Kanadada istehsal olunmuş bütün təyyarələrin sertifikatlarını ləğv edirik”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

