Ötən gün 31 kiloqramdan artıq narkotik vasitə aşkar olunub

Baş səhifə

Bakı.Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə
yanvarın 9-da ümumi çəkisi 31 kiloqramdan artıq narkotik vasitə
aşkar olunaraq götürülüb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr
– 1 kiloqramdan artıq heroin, 25,9 kiloqrama yaxın marixuana, 1,4
kiloqramdan artıq psixotrop maddə metamfetamin, 2,2 kiloqramdan
artıq həşiş və yarım kiloqrama yaxın tiryək olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam
etdirilir.