Bakı.Trend:
“İnter”in yarımmüdafiəçisi Davide Frattezi karyerasını İngiltərə
Premyer Liqasında davam etdirə bilər.
Trend xəbər
verir ki, “Nottingem Forest” italiyalı futbolçunu transfer etmək
istəyir. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
Artıq klublar arasında danışıqlar başlayıb. “Nottingeem Forest”
26 yaşlı oyunçu üçün 35 milyon avro ödəməyə razı olsa, keçid baş
tutacaq.
Qeyd edək ki, Davide Frattezi bu mövsüm “İnter”in heyətində
meydana çıxdığı 15 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
İtaliya millisinin üzvünün Milan təmsilçisi ilə müqaviləsi 2028-ci
ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

