Bakı. Trend:
16 yaşadək oğlanlardan ibarət komandalar üçün UEFA İnkişaf
Turniri 2026-cı ilin aprel ayında Qazaxıstanda təşkil olunacaq.
Trend xəbər verir
ki, bu barədə Rusiya Futbol İttifaqının baş katibi Maksim
Mitrofanov məlumat verib.
Mitrofanov bildirib ki, turnirdə dörd komanda iştirak edəcək.
Bunlar Qazaxıstan, Rusiya, Azərbaycan və hələ müəyyənləşmə
mərhələsində olan dördüncü komandadır.

