ABŞ-də oğurlanmış təyyarə aeroportun binasına çırpılıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Los-Anceles şəhərində uçuş məktəbinin ərazisindən
oğurlanmış kiçik təkmühərrikli təyyarə aeroportun binasına
çırpılıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, naməlum şəxs aeroportun ərazisinə daxil olaraq
“Cessna” təlim təyyarəsini qaçırıb və hava nəqliyyat vasitəsini
idarə etməyə çalışan zaman anqara çırpıb.




Hüquq mühafizə orqanlarının bildirdiyinə görə, şübhəli şəxs
təyyarəni havaya qaldırmağa nail olmayıb və qanunsuz basqın,
təyyarə qaçırma ittihamları üzrə saxlanılıb.

Hadisə yerinə Federal Təhqiqatlar Bürosunun əməkdaşları da cəlb
səfərbər olunub. Şübhəli şəxsin kimliyi və onun bu addımının
motivləri barədə məlumat verilmir.