G20 milyarderlərinin sərvəti 15,6 trilon ABŞ dollarına çatıb – “Oxfam”

Baş səhifə

Bakı. Trend:

G20 ölkələrindən olan milyarderlərinin sərvəti bir il ərzində
16,5% artaraq 15,6 trilyon ABŞ dollarına çatıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə “Oxfam” beynəlxalq xeyriyyə və
humanitar təşkilat məlumat yayıb.

“G20 milyarderlərinin təkcə bir il ərzində əldə etdiyi sərvət –
2,2 trilyon dollar – 3,8 milyard insanı yoxsulluqdan xilas etməyə
kifayət edir”,- “Oxfam”ın hesabatında deyilir.




Qeyd olunur ki, bunu həyata keçirmək üçün ildə 1,65 trilyon
dollar tələb olunur.

“Bərabərsizlik şüurlu siyasi seçimdir. Zənginlərin sərvəti
rekord səviyyəyə çatdığı halda, ictimai rifah ya artmır, ya da
azalır, borc yükü isə artır”, – “Oxfam International”ın rəhbəri
Amitabh Behar bildirib.