ARDNF-in investisiya portfelində qitələrin payı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycan Respublikası Dövlət Neft
Fondunun (ARDNF) investisiya portfelinin 29,1%-ni Avropaya
yatırılan investisiyalar təşkil edib.

Trend bu barədə
Fonddan məlumat əldə edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz
bəndi azdır.




Bununla yanaşı, cari ilin iyulun 1-nə Fondun investisiya
portfelinin 24,8%-ni Şimali Amerikaya (ötən ilin eyni dövrü ilə
müqayisədə 8,3 faiz bəndi az), 8,5%-ni Asiyaya (2,3 faiz bəndi az),
1,4%-ni Yaxın Şərqə, 1%-ni Yeni Zellandiya və Avstraliyaya (0,3
faiz bəndi çox), 0,1%-ni Latın Amerikaya (əvvəlki ilin eyni
dövründəki göstərici ilə eyni) yatırılan investisyalar təşkil edib.
Fondun Afrikaya yatırılan investisyaları isə portfelin 0,02%-nə
bərabər olub (ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz bəndi
çox).

Qızıla investisiyalar portfelin 32,8%-i, beynəlxalq maliyyə
təşkilatlarına investisiyalar isə portfelin 2,3%-i qədər olub.