Romada orta əsrlərə aid tarixi binanın bir hissəsi uçub

Baş səhifə

Bakı. Trend:

İtaliya paytaxtının mərkəzində, məşhur Roma Forumu viranəlikləri
yaxınlığında yerləşən orta əsrlərə aid bir qüllə restovrasiya
işləri zamanı qismən uçub. Hadisə nəticəsində azı bir fəhlə ağır
yaralanıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Yerli medianın yazdığına görə, yüzlərlə turist
yanğınsöndürənlərin nərdivan vasitəsilə qüllənin yuxarı mərtəbəsinə
qalxaraq fəhlələri təxliyə etməsini kənardan izləyib. Üç fəhlə
xilas edilib, bir nəfər isə hələ də qüllənin içərisindədir.

“Torre dei Conti” adlanan bu qüllə XIII əsrdə Roma Papası III
İnnokenti tərəfindən ailəvi iqamətgah kimi inşa edilib.