
Bakı. Trend:
Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən
çıxarılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti
məlumat yayıb.
Bildiirlib ki, narkokuryerlik etməkdə şübhəli bilindiyi üçün
saxlanılan, əvvəllər məhkum olunmuş 42 yaşlı Nicat Ağayevdən 23
kiloqrama yaxın marixuana, tiryək və metamfetamin aşkarlanıb.
Keçirilən digər əməliyyat zamanı saxlanılan, əvvəllər məhkum
olunmuş 48 yaşlı Ramil Məmmədovdan isə 23 kiloqram 450 qram
marixuana aşkarlanıb. Əməliyyatlar nəticəsində ümumilikdə 46
kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən
çıxarılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə
hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

