“Real”ın futbolçusu millidə zədələndi

Baş səhifə

Bakı. Trend:

İspaniyanın “Real” klubunun heyətində ciddi itki baş verib.

Trend xəbər
verir ki, Franko Mastantuono sıradan çıxıb.




18 yaşlı vinger Argentina milli komandasınnı düşərgəsində
əzələsindən zədə alıb. Gənc oyunçu müalicə olunmaq üçün Madridə
qayıdacaq.

Qeyd edək ki, “Real” Frano Mastantuononu mövsümün əvvəlində “River Pleyt”dən 45 milyon avroya transfer edib. Argentina
millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 9
rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.