Şəki piyadanı vuraraq öldürüb hadisə yerindən qaçan sürücü saxlanılıb.
“Report” xəbər verir ki, 1999-cu il təvəllüdlü Məmmədov Coşqun Vüqar oğlu idarə etdiyi “Volksvagen Passat” markalı avtomobillə piyada 1997-ci il təvəllüdlü Əsgərov Hasil Ehtibar oğlunu vurub. Sürücü hadisə yerində qaçıb, piyada isə xəstəxanada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2, 264-cü maddələri ilə cinayət işi başlanılıb və C.Məmmədov şübhəli şəxs qismində tutulub.
MƏLUMAT YENİLƏNİR …
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

