Meksikada 5,7 bal gücündə zəlzələ oldu

Baş səhifə

Bakı. Trend:

Meksikanın cənub-qərbində, Oaxaka şəhəri yaxınlığında 5,7 bal
gücündə zəlzələ qeydə alınıb.

Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi
xəbər verib.




Məlumata əsasən, zəlzələnin episentri Oaxaka şəhərindən 87 km
cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 20 km dərinlikdə
olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.