Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Baş səhifə
Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “Report”un yerli bürosuna “Azəriqaz” İB Sumqayıt QİS-dən bildirilib.

Qeyd olunub ki, oktyabrın 21-də balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən, Təzə Corat 1 (Novxanı şossesi) və Təzə Corat 2 (Məscidin sağ tərəfi) ərazilərində ümumilikdə 650 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.

Qaz təchizatı işlər tam yekunlaşdıqdan sonra bərpa ediləcək.