Avrozonada istehlak qiymətləri 3,8 faiz artıb

Baş səhifə

Bakı. Trend:

Sentyabrda Avrozonada istehlak qiymətləri illik müqayisədə 3,8
faiz artıb.

Avropa Statistika Bürosunun (“Eurostat”) yaydığı məlumatına
görə, bu göstərici 2023-cü ilin sentyabr ayından bəri qeydə alınan
ən yüksək səviyyədir.




Ekspertlərə görə, Avropa Mərkəzi Bankının faiz dərəcələrini daha
da artıracağı ilə bağlı gözləntilər güclənib. Son qiymət
təzyiqlərinin əsas hərəkətverici qüvvəsi enerji resurslarının
qiymətinin artmasıdır.

Avropa Mərkəzi Bankının rəsmiləri yüksək əməkhaqqı tələbləri və
artan korporativ qiymətlər kimi amillər vasitəsilə enerji şokunun
iqtisadiyyata təsirinin qarşısını almaq istəyirlər. Bu ay faiz
dərəcələrinin artırılması ilə bağlı gözləntilər azalsa da, faiz
dərəcələrinin qarşıdakı dövrdə ən azı iki dəfə artırılacağı
gözlənilir.