
Bakı. Trend:
Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq
qalır.
“Sportico” portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox
gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb. Birinci yeri
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo tutub. O, meydandakı
çıxışlarına görə 250 milyon dollar, meydandan kənar fəaliyyətindən
isə 50 milyon dollar gəlir əldə edəcək.
Gəlirlərinə görə ən yüksək qazanca malik 10 futbolçu:
Kriştiano Ronaldo (“Əl-Nəsr”) – 300 milyon dollar (meydanda 250
milyon + meydandan kənar 50 milyon dollar);
Lionel Messi (“İnter Mayami”) – 150 milyon dollar (75+75 milyon
dollar);
Kilian Mbappe (“Real”) – 105 milyon dollar (70+35 milyon
dollar);
Erlinq Haaland (“Mançester Siti”) – 85 milyon dollar (60+25
milyon dollar);
Vinisius Junior (“Real”) – 67 milyon dollar (45+22 milyon
dollar);
Sadio Mane (“Əl-Nəsr”) – 54 milyon dollar (50+4 milyon
dollar);
Lamin Yamal (“Barselona”) – 47 milyon dollar (35+12 milyon
dollar);
Cud Bellinqem (“Real”) – 45 milyon dollar (29+16 milyon
dollar);
Harri Keyn (“Bavariya”) – 42 milyon dollar (30+12 milyon
dollar);
Məhəmməd Salah (“Trabzonspor”) – 40 milyon dollar (20+20 milyon
dollar).

