
Bakı.Trend:
ABŞ Silahlı Qüvvələri İranla münaqişənin başlanmasından etibarən
25 hərbi təyyarə, 49 pilotsuz uçuş aparatı (PUA) və 7 helikopter
itirib.
Bu barədə ABŞ Konqresinin Araşdırma Xidmətinin yeni hesabatında
bildirilir.
Xüsusilə, döyüş əməliyyatları və “dost atəşi” (friendly fire –
etinadsızlıq nəticəsində öz hərbi texnikalarının vurulması)
nəticəsində 15 ədəd “F-15E Strike Eagle” qırıcısı, bir ədəd beşinci
nəsil “F-35C Lightning II” qırıcısı və iki ədəd “A-10 Thunderbolt
II” həmlə təyyarəsi məhv edilib. Bundan əlavə, aviasiya qəzaları və
İranın aviabazalara zərbələri nəticəsində 7 ədəd “KC-135
Stratotanker” yanacaqdolduran təyyarəsi, “EC-3 Sentry AWACS”
uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi,
həmçinin İran ərazisində axtarış-xilasetmə əməliyyatı zamanı ABŞ
hərbçiləri tərəfindən partladılan “MC-130J” atəş-dəstək təyyarəsi
itirilib.
ABŞ Silahlı Qüvvələri İrana qarşı əməliyyatlar zamanı azı “45
ədəd MQ-9 Reaper” kəşfiyyatçı-zərbəçi pilotsuz uçuş aparatı, üç
ədəd “MQ-1” çoxməqsədli PUA və bir ədəd “MQ-4C Triton” dəniz
kəşfiyyat PUA-sı itirib.

