Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq – CƏDVƏL

Baş səhifə

Bakı. Trend:

Artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 10 və 11-də
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil
olunacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat
verilib.

Bildirilib ki, eyni zamanda, bu istiqamətdə Bakı–Qazax–Bakı
marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər də həyata
keçirilir.

Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi
və ya dəmiryol kassalarından əldə edə bilərlər.




Qeyd edək ki, Bakı–Ağstafa–Bakı sürətli sərnişin qatarı 18 mart
2023-cü ildən fəaliyyətə başlayıb.

Həmin tarixdən “Azərbaycan Dəmir Yolları” Bakı–Gəncə–Bakı
sürətli qatarının marşrutunu Ağstafa stansiyasına qədər uzadıb və
bununla Bakı–Ağstafa–Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla
sərnişindaşımaya başlanılıb.