Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Baş səhifə

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron ölkədə məktəblilər və
işçilərin davam edən kütləvi etirazları fonunda oktyabrın 6-da
axşam Yelisey sarayında nazirlərlə görüş keçirəcək.

Bu barədə prezidentə yaxın mənbələr BFMTV telekanalına məlumat
veriblər.

Görüşdə Baş nazir Sebastyan Lekornü, daxili işlər naziri Loran
Nunyes və milli təhsil naziri Eduar Jeffre də iştirak
edəcəklər.




Fransanın Daxili İşlər Nazirliyinin daha əvvəl yaydığı məlumata
görə, ölkə üzrə keçirilən etiraz aksiyalarına ümumilikdə 256 min
nəfər qatılıb. Onlardan 56 min nəfəri Parisdə nümayişlərdə iştirak
edib.

Etiraz aksiyalarına yuxarı sinif şagirdləri ilə yanaşı,
valideynlər, müəllimlər, universitet tələbələri və həmkarlar
ittifaqlarının nümayəndələri də qoşulublar.