İsraildə Qəzzada hərbi əməliyyatları tezliklə bərpa edə bilər

Baş səhifə

İsrail yaxın vaxtlarda Qəzza zolağında HAMAS hərəkatına qarşı hərbi əməliyyatları bərpa edə bilər.

APA xəbər verir ki, bunu Knesset sədrinin müavini, “İsrail – Bizim Evimiz” partiyasının deputatı Yevgeni Sova bildirib.

“Təəssüf ki, bu gün Qəzza zolağında HAMAS-ın silahlı dəstələrinə qarşı müqavimət göstərə biləcək hərbi qüvvə yoxdur. Bunu edə biləcək yeganə qüvvə İsrail Müdafiə Ordusudur. Buna görə də güc tətbiqi ssenarisini və ən yaxın zamanda HAMAS-a qarşı hərbi əməliyyatların bərpasını istisna etmək olmaz”, – o deyib.