
Bakı. Trend:
Milli Müdafiə Universitetində Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin Hərbi
Məsləhətçi Təlim Qrupu tərəfindən keçirilən “Təlimatçı hazırlıq
kursu”nun buraxılış mərasimi təşkil olunub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat
verilib.
Bildirilib ki, tədbirdə kursu uğurla başa vuran zabitlər Müdafiə
Nazirliyinin rəhbərliyi adından təbrik edilib, onlara xidməti
fəaliyyətlərində uğurlar arzulanıb.
Kurs müddətində iştirakçılara təlimatçı bacarıqlarının
formalaşdırılması, kollektivin səmərəli idarəolunması və komanda
ruhunun inkişaf etdirilməsi istiqamətində nəzəri və praktiki
məşğələlər keçirilib.
Kurs iştirakçıları yaradılmış şəraitə və göstərilən diqqətə görə
Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər.
Sonda kursu uğurla başa vuran hərbi qulluqçulara sertifikatlar
təqdim olunub.

