
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Çexiyaya fiziki
şəxslərin pul köçürmələrinin həcmi 3,553 milyon ABŞ dolları təşkil
edib.
Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici
2024-cü ilin eyni dövrü ilə müqayisədə 365 min ABŞ dolları və ya
11,4% çoxdur.
Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul
köçürmələrində Çexiyanın payı 1% təşkil edib.
Həmçinin cari ilin ilk 9 ayında Çexiyadan Azərbaycana fiziki
şəxslərin pul köçürmələrinin həcmi 2,820 milyon ABŞ dolları olub
ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 974
min ABŞ dolları və ya 52,8% artım deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində
Çexiyanın payı 0,3% təşkil edib.
2024-cü ilin ilk 9 ayında Azərbaycandan Çexiyaya fiziki
şəxslərin pul köçürmələrinin həcmi 3,188 milyon ABŞ dolları, əks
istiqamətdə isə 1,146 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici
ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin
həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin
eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları
və ya 11,5% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana
fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ
dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr
aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya
0,2% çoxdur.


