“Liverpul” 172 milyon avroluq təklif göndərməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

“Bavariya”nın futbolçusu Maykl Olise İngiltərə Premyer Liqasına
qayıda bilər.

Trend xəbər
verir ki, “Liverpul” fransalı vingeri transfer etmək istəyir. Bu
barədə “Fichajes” nəşri məlumat yayıb.




“Qırmızılar” Oliseni 2027-ci ildə klubla müqaviləsi başa çatan
Məhəmməd Salahın əvəzləyicisi kimi düşünür. “Liverpul” 23 yaşlı ön
xətt oyunçusu üçün Almaniya klubuna 172 milyon avroluq təklif
göndərməyi planlaşdırır.

Qeyd edək ki, “Bavariya” Maykl Oliseni 2024-cü ilin yayında “Kristal Pelas”dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm
Münhen təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 8
qol vurub, 8 qol ötürməsi edib.