Bakı. Trend:
Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu
keçirilib.
Trend-in
məlumatına görə, “Sumqayıt” öz meydanında “Araz-Naxçıvan”la
qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda
oynanılan görüş “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə başa
çatıb – 2:1.
Bu qələbə ilə xallarını 41-ə çatdıran “Sumqayıt” 6-cı sıraya
yüksəlib. “Araz-Naxçıvan” isə 40 xalla 7-cidir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sabah”ı 1:0
hesabı ilə məğlub edib, “Qəbələ” “Qarabağ”la 1:1, “İmişli” isə “Zirə” ilə 0:0 hesablı heç-heçəyə razılılaşıb.
XXXI tura mayın 10-da yekun vurulacaq.

