Bakı. Trend:
İran Hörmüz boğazında yüzlərlə qayıqdan ibarət “ağcaqanad
donanması” yerləşdirib.
Trend-in
məlumatına görə, bu barədə “Financial Times” qəzeti xəbər
verib.
Məlumata əsasən, qayıqlar yüngül silahlarla silahlansalar da,
böyük hissəsi gəmilərə zərər verə biləcək qısamənzilli raketlər də
daşıyır. Bu səbəbdən də gəmi sahibləri boğazdan yük keçirməkdə
tərəddüd edirlər.
Nəşrin məlumatına görə, “ağcaqanad donanması” hazırda İran Hərbi
Dəniz Qüvvələrinin ən aktiv tərkib hissəsinə çevrilib.

