Konqo Demokratik Respublikasında silahlılar 60-dan çox insanı öldürüblər

Baş səhifə

Bakı. Trend:

Konqo Demokratik Respublikasının şimal-şərqində silahlılar
tərəfindən ən azı 69 nəfər öldürülüb.

Trend-in məlumatına görə, bu barədə “AFP” agentliyi Konqonun
təhlükəsizlik xidmətlərinə istinadən xəbər verib.




Agentlik qeyd edib ki, hücumlara İturi əyalətinin təcrid olunmuş
kəndləri məruz qalıb. Əsasən mülki şəxslər həlak olub.

Hakimiyyət orqanları bu hücumlarda Konqonun İnkişafı Kooperativi
qrupundan şübhələnir.