
Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin həlli ilə bağlı yekun razılaşmalar əldə edildikdən sonra Volodimir Zelenski ilə üçüncü bir ölkədə görüşməyin mümkün olduğunu bildirib.
APA-nın Moskva bürosu xəbər verir ki, Putin müzakirənin danışıqlara deyil, razılaşmaların imzalanmasına yönəlməli olduğunu söyləyib.


