Rubio ilə Uitkoff Qətərin Baş naziri ilə mümkün İran razılaşmasını müzakirə ediblər

Baş səhifə

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi
nümayəndəsi Stiv Uitkoff Qətərin baş naziri və xarici işlər naziri
Məhəmməd bin Əbdürrəhman Əl-Sani ilə İranla razılığa gəlmək
imkanlarını müzakirə ediblər.

Trend-in
məlumatına görə, bu barədə “Axios” portalı mənbələrə istinadən
xəbər verib.




Məlumata əsasən, görüş 9 may tarixində Florida ştatının Mayami
şəhərində baş tutub. Tərəflər müharibəyə son qoymaq üçün anlaşma
memorandumunun bağlanması yolunu tapmağa diqqət yetiriblər.

Bildirilib ki, ABŞ hələlik İrandan təklif etdiyi memorandum
layihəsinə cavab almayıb.