
Bakı. Trend:
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Cəbrayıl
rayonunun Şükürbəyli kəndinin sakinləri ilə görüşdən görüntülər paylaşım edilib.
Trend xəbər verir
ki, paylaşımda deyilir:
“Bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni
zamanda, döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq,
– Allah bütün şəhidlərimizə rəhmət eləsin, – parlaq Qələbə
qazanmışıq, bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur, yəqin
ki, olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik. Gənc nəsil
də evlərdə, ailələrdə, məktəblərdə bu ruhda tərbiyə almalıdır ki,
biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq.
(9 may 2026-cı il, Cəbrayıl rayonunun Şükürbəyli kəndində
sakinlərlə görüşdən)”


