Bakı. Trend:
ABŞ-nin “İnter Mayami” komandasının futbolçusu Lionel Messi
MLS-in tarixinə düşüb.
Trend-in məlumatına görə, argentinalı hücumçu ABŞ çempionatında
100 qol və ötürməyə ən tez çatan oyunçu olub.
Ulduz futbolçu son olaraq, “Toronto”ya qarşı matçda (4:2) bir
qol vurub və iki məhsuldar ötürmə edib. Bununla da Messi MLS-də qol
və assistlərinin ümumi sayını 100-ə çatdırıb. Forvard bu
göstəriciyə 64 qarşılaşmada nail olub.
Qeyd edək ki, bu statistika üzrə əvvəlki rekord “Toronto”nun
keçmiş futbolçusu Sebastyan Covinkoya (95 matçda 58 qol və 42
məhsuldar ötürmə) məxsus idi.
İlk “üçlük”də “Los-Anceles Qelaksi”nin sabiq hücumçusu Robbi Kin
(96 matçda 62 qol vurub və 39 məhsuldar ötürmə) də yer alıb.

