Putin Zelenski ilə üçüncü bir ölkədə görüşməyə hazırdır

Baş səhifə

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir
Zelenski ilə təkcə Moskvada deyil, həm də üçüncü bir ölkədə
görüşməyə hazır olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə Vladimir Putin jurnalistlərə
deyib.




“Üçüncü ölkədə də görüşmək mümkündür, lakin yalnız o halda ki,
sülh müqaviləsi üzrə yekun razılaşmalar əldə edilsin. Bu müqavilə
uzunmüddətli tarixi perspektivə hesablanmalıdır ki, ya bu tədbirdə
iştirak etmək, ya da nəsə imzalamaq mümkün olsun. Amma bu,
danışıqların özü deyil, yekun nöqtə olmalıdır”, – deyə o
bildirib.