Yaxın Şərqdə davam edən münaqişə səbəbindən qlobal neft ehtiyatları sürətlə azalır

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdə davam edən münaqişə və Hörmüz boğazında gəmiçilik
məhdudiyyətləri səbəbindən qlobal neft ehtiyatları sürətlə
azalır.

Trend-in məlumatına görə, bu barədə “Morgan Stanley” investisiya
bankı məlumat yayıb.

Qlobal neft ehtiyatları 1 martdan 25 aprelə qədər gündə təxminən
4,8 milyon barel azalıb ki, bu da əvvəlki minimum səviyyələri xeyli
üstələyir.




Digər investisiya bankı “Goldman Sachs” isə ehtiyatların 2018-ci
ildən bəri ən aşağı səviyyəsinə yaxın olduğu barədə xəbərdarlıq
edib.

Qeyd olunur ki, sürətlə azalan ehtiyatlar daha kəskin qiymət
artımları və çatışmazlıq riskinin artdığını göstərir və bunun
nəticələrini dünya hökumətləri effektiv şəkildə aradan qaldıra
bilməyəcəklər. Qlobal ehtiyatların kəskin şəkildə tükənməsi
münaqişə bitdikdən sonra belə, dünya bazarında son dərəcə
qeyri-sabit vəziyyətin yaranmasına səbəb ola bilər.