Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 2795 nəfərə çatıb

Baş səhifə

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı yaşayış məntəqələrinə hücumları nəticəsində son 24 saat ərzində 36 mülki şəxs ölüb, 74 nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 2795 nəfərə çatıb, 8586 nəfər yaralanıb”, – məlumatda deyilir.