Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk gündə 5 medal qazanıblar

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa
Kuboku start götürüb.

Trend-in
məlumatına görə, ilk yarış günündə Azərbaycan komandası 1 qızıl, 1
gümüş və 3 bürünc olmaqla ümumilikdə 5 medal qazanıb.




Mükafatların üçü 66 kiloqram çəki dərəcəsində əldə olunub. İslam
Rəhimov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Elşən
Əsədov ikinci yeri tutaraq gümüş, Nizami İmranov isə bürünc medala
sahib çıxıb. Digər bürünc medallara Babarəhim Mirzəyev (60
kiloqram) və Rüfət Şövlətov (73 kiloqram) yiyələniblər.

Sabah başa çatacaq beynəlxalq turnirdə Azərbaycan medalların
əyarına görə 18 ölkə arasında ikinci pillədə qərarlaşıb.