NATO Yaponiya və digər ölkələrdə kosmodromlarından istifadə imkanlarını araşdırır

Baş səhifə

Bakı. Trend:

NATO Avstraliya, Yeni Zelandiya, Koreya Respublikası və
Yaponiyadakı buraxılış məntəqələrindən birgə peyklərin buraxılması
üçün istifadə imkanlarını araşdırmağa başlayıb.

Trend-in
məlumatına görə, bu barədə “Nikkei” qəzeti xəbər verib.




Nəşrin mənbələrinə görə, söhbət NATO tərəfindən 2024-cü ildə
başladılan “Starlift” proqramına alyansın dörd Hind-Sakit okean
tərəfdaşının qoşulmasından gedir. Proqram çərçivəsində Almaniya,
İtaliya və Fransa da daxil olmaqla 10-dan çox üzv dövlət qarşılıqlı
əsasda bir-birlərinə öz buraxılış yerlərinə giriş imkanı verir.

“Starlift”in məqsədi mövcud peyklərin zədələnməsi və ya məhv
edilməsi halında ehtiyat peyklərin orbitə sürətli şəkildə
yerləşdirilməsini təmin etməkdir. Proqram həm hərbi, həm də
kommersiya peyklərini əhatə edir.