
Bakı. Trend:
Türkiyə Superliqasında 33-cü turun oyunları baş tutub.
Trend-in
məlumatına görə, turnir cədvəlinin lideri “Qalatasaray” öz
meydanında “Antalyaspor”u qəbul edib.
Görüş İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə
yekunlaşıb.
“Qalatasaray”ın qollarını Mario Lemina (56), Viktor Osimhen (66,
88) və Kaan Ayhan (90+5) vurub. “Antalyaspor”un heyətində isə Soner
Dikmen (45+3, 62) fərqlənib.
Beləliklə, “Qalatasaray” 26-ci dəfə Türkiyə çempionu olub.


