Mahir Emreli baş məşqçiyə görə Almaniya klubundan ayrılır

Baş səhifə

Bakı. Trend:

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli
Almaniyanın “Kayzerslautern” klubundan ayrılmağa yaxındır.

Trend-in məlumatına gröə, bu barədə Almaniya mətbuatı məlumat
yayıb.




İddiaya görə, baş məşqçi Torten Liberknext ilə münasibətləri
daha da pisləşən hücumçu artıq 2-ci Bundesliqa klubunda qalmaq
istəmir. Onun bu yaxınlarda sosial şəbəkə hesabında etdiyi paylaşım
tərəflər arasında gərginliyi bir az da artırıb. Belə ki, Emreli
ötən tur “Arminiya” ilə matçdan (2:0) sonra instaqramda paylaşım
edərək, “Həqiqət hər zaman üzə çıxır. Davam et” sözlərini yazıb.
Futbolçunun bu addımı birmənalı qarşılanmayıb. Bu səbəbdən
forvardın mövsümün sonunda komandanı tərk etmək ehtimalı kifayət
qədər yüksək qiymətləndirilir.

Qeyd edək ki, Mahir Emreli bu ilin yayında “Keyzerslautern”lə 3
illik müqavilə imzalayıb.