
Konqo Demokratik Respublikasının şimal-şərqində yaraqlılar tərəfindən ən azı 69 nəfər öldürülüb.
Bu barədə AFP ölkənin təhlükəsizlik xidmətlərinə istinadən məlumat verib.
Məlumata görə, hücumlar İturi əyalətinin təcrid olunmuş kəndlərini hədəf alıb.
Ölənlərin əksəriyyəti mülki şəxslər olub.


