Rusiyada 82 yaşlı təqaüdçü polisin qətlini sifariş edib

Dünya


Rusiyanın Krasnodar üzrə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, cinayət axtarışı şöbəsinin əməliyyatçısının qətlini 82 yaşlı yerli sakin sifariş edib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, təqaüdçü killer tutaraq ona bir milyon rubl ödəyəcəyini vəd edib. Silah kimi ov tüfəngi seçilib.

Polis bu planlardan xəbər tutub. “Qatil” saxta şəkilləri sifarişçiyə təqdim edərək ondan pulun bir qismini alıb. Bundan sonra təqaüdçü saxlanılıb.

Şübhəlinin mənzilindən odlu və soyuq silahlar, həmçinin 1,8 milyon rubldan çox pul tapılıb.

Hazırda bütün materiallar istintaq orqanlarına verilib.

Mənbə: mk.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir