Neymar PSJ-ni tərk edəndən sonra hara gedəcək? – Təkliflər arasında Ərəbistan da var

Dünya


Neymar Fransanın PSJ klubunu tərk edəcək.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər yolları ayırmaq üçün danışıqları davam etdirirlər. Onlar tezliklə məsələni yoluna qoymağa çalışırlar. Neymar getməkdə, PSJ onu satmaqda qərarlıdır.

31 yaşlı futbolçuya Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan və ABŞ-dən təkliflər var. Onun “Barselona”ya qayıdışı da variantlar sırasındadır.

“Diario AS” isə yazır ki, PSJ Neymar üçün 150 milyon avro tələb edəcək.

2017-ci ildə 222 milyon avroya “Barselona”dan PSJ-yə keçən braziliyalı ötən mövsüm Paris klubunun heyətində bütün turnirlərdə 29 oyun keçirib, 19 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir