Şakira övladlarına qadağa qoydu – FOTO

Dünya


Məşhur müğənni Şakira oğulları Milan və Saşanın əmilərinin toyunda iştirak etməsinə icazə verməyib.

Milan və Saşa ataları Jerar Pike ilə vaxt keçirmək üçün Barselonaya uçublar. Onların Mayamiyə qayıdışı iyunun 17-nə planlaşdırılsa da, İspaniyada qalıblar. Amma Şakira onların Jerar Pikenin qardaşı Mark Pikenin toyunda iştirakının əleyhinədir. Məsələ burasındadır ki, Şakira şənlik zamanı Pikenin yeni sevgilisi Klara Çiaya evlilik təklifi edəcəyindən ehtiyatlanır.

Qeyd edək ki, iyunun 23-də Barselonada keçmiş futbolçunun qardaşı Mark Pikenin toy mərasimi keçiriləcək.

Xatırladaq ki, Şakira və Pike 2010-cu ildə görüşməyə başlayıblar. İki il sonra onların ilk övladı Milan, daha iki ildən sonra isə ikinci oğlu Saşa dünyaya gəlib. 2022-ci ilin yayında müğənni xəyanət səbəbindən futbolçunu tərk edib.

Mənbə: “La Vanguardia”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir